Super Liqa təmsilçilərindən "Hatayspor" “Adana Dəmirspor”a məğlubiyyətdən sonra baş məşqçisi Rıza Çalımbay ilə yollarını ayıracaq.
Apasport.az "Sabah"a istinadla xəbər verir ki, buna komandanın çempionatdakı uğursuz çıxışı səbəb olub.
61 yaşlı mütəxəssis "Adana Dəmirspor" matçından sonra soyunub-geyinmə otağında futbolçularla vidalaşıb.
“Hatayspor”la 11 matça çıxan Çalımbay 1 qələbə, 5 heç-heçə və 5 məğlubiyyətlə yadda qalıb.
Qeyd edək ki, Türkiyə çempionatının 17-ci həftəsində "Hatayspor" səfərdə "Adana Demirspor"a məğlub olub - 3:1.
Amorimi əvəzləyən baş məşqçi istefa verib
İsak PSJ-nin hədəfində
“Sabah-2”dən qələbə, “Azersun Arena”da bərabərlik
“Montsa”nın yeni baş məşqçisi bəlli olub
Mourinyo əməliyyat olundu