EN

BMTM-in şöbə müdiri: Azərbaycan Fransa neokolonializmdən əziyyət çəkən xalqlara dəstək verən gücə çevrilib

Fransa Avropa İttifaqı daxilində Azərbaycana qarşı mənfi ab-hava yaratmağa cəhd edir. Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli bəyanatları əlaqələrimizə təsir göstərsə də, orada ölkəmizlə əməkdaşlıq edən dövlətlər mövcuddur.

“İki sahil” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) ilin yekunlarına dair keçirilən mətbuat konfransında BMTM-in şöbə müdiri Vasif Hüseynov deyib.

O qeyd edib ki, Azərbaycan Fransa neokolonializmdən əziyyət çəkən xalqlara dəstək verən gücə çevrilib. Həmin ada dövlətləri də ölkəmizə minnətdarlığını bildirir və bundan məmnundurlar.

Vasif Hüseynov, həmçinin cari il ərzində Azərbaycanın və Çinin beyin mərkəzləri arasındakı əlaqələrin genişləndiyini də diqqətə çatdırıb.

Chosen
11
ikisahil.az

1Sources