Bunu Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Elnur Azadov deyib.
Onun sözlərinə görə, əmlak bazarında qiymətlərin bahalaşmasına səbəb ilk növbədə tikinti şirkətləri olub:
"Onlar qiymətləri kəskin şəkildə artırdılar. Səbəb də inşaat materiallarının bahalaşması və tikinti ilə bağlı veriləcək sərəncamların məhdudlaşdırılması idi".
Elnur Azadov daşınmaz əmlakın özünəməxsus bir sürpriz olduğunu xatırladıb:
"2020-ci ildən sonrakı dövrdə iqtisadi proseslər bir çox ölkələrdə çətinləşdi deyə çoxları daşınmaz əmlakın qiymətinin enəcəyini düşündü. Qiymətlərin bahalaşması ilə bağlı heç kəs proqnoz verməmişdi. Amma əksinə oldu. Dünyanın hər yerindən danışa bilmərəm, amma Azərbaycanda bu proses əksinə getdi".
Ekspert deyir ki, işğaldan azad olunan ərazilərdə tikinti işləri başlayan kimi inşaat materiallarının qiyməti bahalaşdı:
"Heç kəs düşünmədi ki, bazarda bu qədər sıçrayış ola bilər. Bu günə kimi daşınmaz əmlakın qiymətində 40% bahalaşma müşahidə edilib".
4Sources
-
nocomment.azDaşınmaz əmlak bazarında qiymət artımının səbəbi – AÇIQLAMA ( 14314159)
-
hurriyyet.azDaşınmaz əmlak bazarında qiymət artımının səbəbi — AÇIQLAMA ( 14298121)
-
yenicag.azDaşınmaz əmlak bazarında qiymət artımının səbəbi – AÇIQLAMA ( 14295358)
-
demokrat.azDaşınmaz əmlak bazarında qiymət artımının səbəbi — AÇIQLAMA ( 14293102)