EN

Ankara və Dəməşq Suriyada kürdlərə qarşı əməliyyat keçirmək İSTƏYİR

Ajans.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Jurnalistlər qeyd edir ki, Dəməşqdə hakimiyyəti ələ keçirənlər ölkənin siyasi birliyini qorumağa və yeni rəhbərliyin nəzarət edə bilmədiyi bütün silahlı ünsürləri məhv etməyə yönəlib.

Türkiyə və Suriyanın yeni rəhbərliyi kürdlərə qarşı əməliyyata başlasalar, ənənəvi olaraq kürd milislərini dəstəkləyən Amerika Birləşmiş Ştatlarının reaksiyasından narahat olacaqlar. Amma yenə də jurnalistlər hesab edirlər ki, Donald Trampın dünya münaqişələrində ABŞ-nin iştirakını azaltmağa diqqət yetirməsi Ankara və Dəməşqə hərbi manevr imkanı verir.

Bundan əvvəl ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Qaziantep şəhərində keçirilən regional qurultayında Türkiyənin Suriyaya heç bir ərazi iddiası olmadığını bildirib.

Daha sonra Türkiyə lideri Suriyanın ərazi bütövlüyünün qorunub saxlanılmasının və qonşu ölkənin gələcəyini onun xalqının həllinin vacibliyini bəyan edib. Siyasətçi əlavə edib ki, Suriya tarixində qaranlıq bir dövr başa çatıb, ölkənin gələcəyini Suriya xalqı həll etməli olacaq.

Chosen
15
Ajans.az

1Sources