EN

Lənkəranda tanışını qətlə yetirən şəxsə hökm

Lənkəranda tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəmə prosesi başa çatıb. SİA xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Esmira Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Bəhruz Məmmədov 10 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Qeyd edək ki, hadisə ötən ilin dekabrında Lənkəran rayonunda baş verib.

Belə ki, 1983-cü il təvəllüdlü Bəhruz Məmmədovun Lənkəran rayonunun Separadi kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə 1974-cü il təvəllüdlü Zülfüqar Cəfərova xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham irəli sürülüb.

Chosen
2
8
sia.az

9Sources