EN

İsveçrənin "səlib" addımları:Saxta soyqırıma dəstək, Azərbaycana qərəz, müsəlmana biganəlik- ANALİZ

Xəbər verdiyimiz kimi, 17 dekabrda İsveçrə Parlamentinin Aşağı Palatası “Dağlıq Qarabağ: Sülh Forumu” ilə bağlı Qətnamə qəbul edib. Qətnamənin müəllifi deputat Erix Fontobelledi. İsveçrə deputatları hökumətə “erməni əhalisinin geri - Qarabağa qaytarılması ilə bağlı danışıqlar üçün forum” təşkil etməyi təklif ediblər.

Ermənilərinin geri qayıtmaq hüququ var-deyən İsveçrə Milli Şurası müzakirə nəticəsində 96 lehinə, 80 əleyhinə, 16 bitərəf səs nisbəti ilə qətnaməni qəbul edib. Xarici işlər naziri İqnazio Kassis petisiyaya qarşı olduğunu bildirib.
Bir çox ölkə parlamentlərinin, o cümlədən ABŞ, Fransa və s parlamentlərinin bu kimi və ya buna bənzər qətnamə çağırışları ermənilərin böyük bir qismində yüksək əhval ruhiyyə yaradıb.

Adalet.az xəbər verir ki, o ermənilərdən biri də Ermənistanın keçmiş ombudsman Arman Tatoyandır. Tatoyan öz Facebook səhifəsində qəzəblə yazıb ki, Azərbaycan prezidentinin artıq 300 min azərbaycanlının Ermənistanın baş nazirinə “Vətənə qayıtması” üçün müraciət etdiyini bəyan etdiyi bir şəraitdə sülhü təbliğ etmək açıq istehzadır. Hegemon və "ədalət" çarçısı imicini özünə zorla pərçim etmiş dövlətlərin erməni yalanlarına dəstək verməsindən həvəslənən irticaçı və şovinist düşüncəli Tatoyan daha sonra yazır: "Aydındır ki, bu, humanitarlıq pərdəsi altında Ermənistanı işğal etmək planıdır ki, bu da Ermənistanın demoqrafik vəziyyətində dağıdıcı dəyişikliklərə gətirib çıxaracaq. Bu da düşmənçiliyi daha da dərinləşdirir".
1988–1989-cu illərdə Qərbi Azərbaycandan (Ermənistan) azərbaycanlıların döyülərək, söyülərək, öldürülərək qovulmasını tamamilə unudan köhnə ombudsman sərsəmləməsini davam etdirir:"Bu şəraitdə Ermənistan hökumətinin başçısı və ondan sonrakı digər yüksək vəzifəli şəxslər Azərbaycana qarşı dövlətlərarası beynəlxalq şikayətlərdən imtina etməkdən, ölkəmizin və xalqımızın milli maraqlarını kobud şəkildə pozmaqdan danışırlar. Bu, Azərbaycanın qüdrətinə xalqımıza qarşı törətdiyi cinayətlərdən özünü təmizləmək və gələcək cinayətlər üçün münbit zəmin yaratmaq imkanı verəcəkdir.

Ermənistanın təhlükəsizliyini və ərazi bütövlüyünü yalançı sülh illüziyasına, ölkə elitasının hakimiyyətdə qalması və mövqelərindən məhrum edilməməsi naminə qurban vermək olmaz".
Qeyd edək ki, bu həmin İsveçrə parlamentininin aşağı palatasıdır ki, heç bir rəsmi məhkəmə sənədi polmadan, digər tərəfin - Türkiyənin sözünü dinləmədən 2003-cü il dekabr ayının 16-da 1915-ci il hadisələrini soyqırım kimi tanınması haqda qətnamə qəbul edib. Bununlada İsveçrə Türkyədə erməni soyqırımını tanıyan ilklərdəndir və 15-ci ölkə oldu. Hazırda bu saxta erməni soyqırımını tanıyan ölkələrin sayı 100-ü ötüb.

Görünən odur ki, 1 il əvvəl Qarabağda heç bir zorakılıqla üzləşmədən, Qarabağı könüllü tərk edən , oraya dönməyi ağıllarına belə gətirməyən separatçıları Azərbaycana dönməyə müxalif olan böyük, eyni zamanda kənar qüvvələr məcbur edir. Görəsən, azərbaycanlılar erməni silalıları tərəfindən Qarabağdan- doğma yurd yuvasından qovularkən, 30 il vətəndə vətənsiz yaşayarkən, ABŞ, Fransa, İsveçrə parlamentariləri harda idi?

Yeri gəlmişkən, İsveçrə Milli Şurası (parlamentin böyük palatası) Fələstin dövlətinin tanınmaqdan imtina edib. Maraqlıdır, Bolqarıstan, Norveç , Kipr, Çexiya, Macarıstan, Malta, Polşa, Rumıniya və Slovakiya Fələstini rəsmən tanıdığı halda İsveçrə kimi özünü bitərəf elan edən ölkə niyə Fələstinə qarşı biganədir?
Bu ilin avqustunda İsveçrənin xarici işlər naziri İqnazio Kassisə Qəzzada hücumlarını davam etdirən İsrailə dəstək verdikllərini bildirmişdi.
Sizcə bu , hər zaman aktiv olan "səlib yürüşü"nün təzahürü ola bilərmi?

 Əntiqə Rəşid

Chosen
21
adalet.az

1Sources