EN

Dağıstan rəhbərliyi Azərbayanla quru sərhədlərin açılmasını təklif edib – Sahibə Qafarova ilə müzakirə aparılıb

“Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova ilə Rusiya - Azərbaycan quru sərhədinin açılması məsələsi müzakirə olundu. Bu, ölkələr arasında mədəni, tarixi və iqtisadi əlaqələrin inkişafı üçün əsas amildir”.

“AzPolitika” xəbər verir ki, bunu Dağıstan Xalq Məclisinin sədri Zaur İsgəndərov “Teleqram” kanalında yazıb. O, qeyd edib ki, bu barədə müzakirələr Bakıda Dağıstan Respublikası Xalq Məclisinin nümayəndə heyətinin Azərbaycan Milli Məclisinin deputatları ilə görüşü zamanı baş tutub.

Xalq Məclisinin sədri Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevin ikitərəfli münasibətlərin inkişafına böyük diqqət yetirdiklərini vurğulayıb. “Dağıstan Rusiya Federasiyasının tərkib hissəsi kimi çoxmillətli Azərbaycan xalqı ilə dərin tarixi və mədəni ümumiliyə əsaslanan mehriban qonşuluq münasibətlərinin dəyərini tanıyır”, - İsgəndərov yazıb.

Chosen
19
4
azpolitika.info

5Sources