EN

Dünyanın ən böyük vulkanlarından biri “oyandı”

Havay adalarının Böyük Adasında “Kilauea” vulkanı püskürməyə başlayıb.

Editor.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) bildirib. “Scripps News” portalı bu vulkanı dünyanın ən güclü vulkanlarından biri adlandırıb. Püskürmə dünən, dekabrın 23-də yerli vaxtla səhər tezdən başlayıb. Vulkanın ağzının yaxınlığında quraşdırılmış videokameralardan hündürlüyü 80 m-dən çox olan lava geyzerlərini müşahidə etmək olar. Hadisə bir neçə ay ərzində ilk olub: “Kilauea” sonuncu dəfə 2023-cü ilin iyununda püskürüb. Adı çəkilən vulkanın son dörd ildə altıncı püskürməsidir. Əvvəlki püskürmələr bir həftədən bir ilə qədər davam edib.

Vulkan hövzəsi Milli Parkın qapalı ərazilərində, məskunlaşan ərazilərdən uzaqda yerləşir. Bu baxımdan lava yerli əhali üçün təhlükə yaratmır. Mütəxəssislər, bununla belə vulkanik dumanın əmələ gəlməsinə səbəb ola biləcək küləklər artarsa, su buxarı, karbon qazı və kükürd dioksid emissiyalarının təhlükəli ola biləcəyi barədə xəbərdarlıq edib. Bundan əlavə, “Kilauea” püskürməsi qırmızı aviasiya kodu altındadır ki, bu da hava nəqliyyatı üçün təhlükəlidir.

//Samir Qurbanov, Editor.az

Chosen
12
editor.az

1Sources