Macarıstanın Baş naziri Viktor Orban ABŞ və Avropanın Ukraynadakı müharibəyə təqribən 300 milyard avro xərclədiyini deyib.
“İki sahil” xəbər verir ki, bu barədə Macarıstan Baş naziri Ofisinin Beynəlxalq kommunikasiya və əlaqələr üzrə dövlət katibi Zoltan Kovaç “X”də paylaşım edib.
"Bu vəsaitlə bütün Avropada həyat standartlarını tez bir zamanda yüksəldə bilərdik. Biz bütün Balkanları Avropanın inkişaf səviyyəsinə çatdıra, miqrasiyanın qarşısını ala, tamamilə yeni bir Avropa müdafiə sistemi qura bilərdik. Lakin həmin pul yanıb kül oldu", - Baş nazir vurğulayıb.