EN

Böyük Britaniya hərbçilərini Ukraynaya göndərir?

Britaniyanın Baş naziri Keir Starmer Britaniya hərbçilərinin Ukraynanın qərbində yerləşdirilə biləcəyinə eyham vurub.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, onlar Ukrayna əsgərlərinə təlim keçə bilərlər. Nəşrin məlumatına görə, Starmer Ukrayna Respublikasının Prezidenti Vladimir Zelenski ilə görüş zamanı təlim təklifinin “təkmilləşdirilməsinin” vacibliyi ilə razılaşıb. O xatırladıb ki, “İnterfleks” əməliyyatı çərçivəsində Böyük Britaniyada 51 minə yaxın Ukrayna əsgəri təlim keçib.

“Keir Starmer Britaniya qoşunlarının Ukraynanın qərbində əsgərlərə təlim keçmək üçün yerləşdirilə biləcəyinə eyham vurub." - qəzetdə qeyd edilib.

Chosen
21
manset.az

1Sources