EN

Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimia Birliyindən PREZİDENTƏ təbrik

Bu gün Azərbaycanın Prezidenti, Müzəffər Ali Baş Komandan, Qüdrətli Sərkərdə Cənab İlham Əliyevin ad günüdür.

Bu əlamətdar gün bütöv Azərbaycan xalqı, dünya azərbaycanlıları üçün ən əziz gündür.

Məhz Cənab Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib.

Xalqımız üçün xüsusi bir tarix olan bu gün münasibətilə Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimia Birliyi Prezidenti təbrik edib.

Modern.az təbrik məktubunu təqdim edir: 

“Hörmətli Cənab Prezident!

Hörmətli Müzəffər Ali Baş Komandan!

Bu gün Sizin ad gününüzdür.

Sizin ad gününüz bizim üçün ən sevincli, ən xoşbəxt gündür. Bu, tək bizim deyil, bütöv xalqımız üçün belədir.

Sayənizdə Azərbaycan hər gün dünya səviyyəli ilklərə, uğurlara imza atır.

Sayənizdə Azərbaycan dünya səviyyəli tədbirlərə ev sahibliyi edir.

Sayənizdə Azərbaycan dünyanın böyük gücləri ilə mücadilədən qalib çıxır.

Davanız Azərbaycan davasıdır, xalqımızın firəvanlığı, gələcəyi davasıdır, Qərbi Azərbaycan davasıdır.

Həyatınızı Azərbaycana həsr edirsiniz.

Sayənizdə Ermənistanın işğalı altında olan bütün torpaqlarımız, o cümlədən Kəlbəcər azad edilib.

Dədə Şəmşirin nisgilli ruhunu şad etmisiniz.

Yüz illər ərzində xalqımızın həsrətində olduğu qalibiyyəti, zəfəri ona bəxş etmisiniz. Qürurumuzu özümüzə qaytarmısınız.

Bütün dünya azərbaycanlıları Sizinlə fəxr edir. Artıq Azərbaycanı bütün dünya qəbul edir, onunla hesablaşır.

Bunlar Sizin sayənizdə gerçəkləşib.

Hörmətli Cənab Prezident,

Müasir dünyada öz xalqının əsl sərkərdəsi necə olur, öz xalqına xidmət necə olur, öz millətini sevmək necə olur suallarına Dəmir İradəniz, xalqa söykənən siyasətiniz, dərin zəkanız, dünyəvi bilik və bacarığınızla ortaya qoydunuz, sübut etdiniz.

Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycanla bağlı bütün arzuları gerçəyə çevrilir, ölkəmiz dünyaya günəş kimi doğur.

Sayənizdə biz daha məcburi köçkün deyilik.

Siz həmişə xalqımızın problemlərini öz probleminiz bilmisiniz.

Siz özünüz üçün heç zaman təmtəraqlı bir ad günü keçirməmisiniz.

Bütün ad günlərinizdə Azərbaycanın Birinci Vitse-Prezidenti, həyat yoldaşınız hörmətli Mehriban xanım Əliyeva ilə birlikdə keçmiş məcburi köçkünlərlə, sadə insanlarla, bizlərlə bir yerdə olmusunuz.

Bunu xalqımız yaxşı xatırlayır və heç zaman unutmayacaq.

Doğum gününüzü ürəkdən təbrik edirik.

Bu əlamətdar günlə bağlı xalqımızı təbrik edirik.

Sizin doğum gününüz Azərbaycan xalqının Qələbə günüdür.

Böyük yaradandan Azərbaycanın gələcəyi, xalqımızın firəvanlığı yolunda Sizə tükənməz enerji, sağlam həyat təvəqqe edirik.

Qarşıdan gələn Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəyliyi gününü ilə bağlı Sizi ürəkdən təbrik edirik.

Böyük sayğı və hörmətlə,

Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimia Birliyinin sədri

Cavid Qurbanov

14056361405635

 

Chosen
2
50
modern.az

10Sources