EN

“Heç kim gəlinlikdə və dikdaban ayaqqabıda Coşqun kimi rəqs edə bilməz – FOTO + ÖZƏL”

“Həyatda çox əziyyətlər çəkmişəm. O əziyyətlərin nəticəsində insan müdrikləşir. Çünki həyatımız enişli-yoxuşlu yollarla dolu olur, hamar olmur. İnsanın bir qarnı ac, bir qarnı tox olur. İnsanıq da. Bir də görürsən ürəyin istəyəni alıb yeyə, geyinə bilmirsən. Bu mənim həyatımda da olub. Heç qırılmamışam da. Sıxılmamışam da. Məndə paxıllıq yoxdur. Kim nə geyinib-keçinibsə heç kimə həsrətlə baxmamışam. Allah onların hamısını sonra mənə nəsib edib. Bu gün ürəyim istəyəni alıram da, geyinirəm də. Çox şükür bu günə. Həyatın hər üzünü görmüşəm. Bəzi insanlar var ki, ona atasından, anasından nələrsə qalır, hər şeyi hazırdır. Mənə onlardan heç nə qalmayıb. Nə qazanmışamsa özüm qazanmışam. Allah atama da, anama da qəni-qəni rəhmət etsin. Çoxuşaqlı ailədə doğulmuşam. 9 övlad olmuşuq. Bir ata-ananın qazancı ilə bizləri böyüdüblər. Mən onlardan heç nə gözləməmişəm, ürəyimdən də keçməyib”

"Heç kim gəlinlikdə və dikdaban ayaqqabıda Coşqun kimi rəqs edə bilməz – <span style=color:red>FOTO + ÖZƏL"

Bunu Medianews.az-a açıqlamasında əməkdar artist Kübra Əliyeva deyib.

Sənətkar kişi aktyorların qadın rolları oynamasına da münasibət bildirib: “Əlbəttə ki, həmin rolları da tamaşaçıya sevdirmək lazımdır. Kim deyirsə aktyor qadın rolu oynamaz bu səhv fikirdir. Aktyor qadın rolu da oynayar, kişi rolu da. Mən özüm də “Səhər görüşləri”-ndə o qədər kişi rolu oynamışam ki. Burada nə var ki? Mən çox sevirəm. Onu da bacarmaq lazımdır. “Bu şəhərdə” məni hər dəfə öz konsertlərinə dəvət edir. Sonuncu konsertlərdən birində Coşqunun dikdaban ayaqqabıda gəlin paltarında oynamağı heç gözümün önündən getmir. Gəlinlər belə öz toylarında elə ehtiyyatla yeriyirlər ki, ay birdən yeriyərəm yıxılaram. Bu aktyorun professionallığıdır. Elə bilirsiniz ki, bunu hər aktyor bacarır? Hər aktyor da bunu oynayıb özünü xalqa sevdirə bilməz. Mən “Bu şəhərdə”-yə sevə-sevə baxıram. Bizim böyük aktyorlarımız da qadın rolları oynayıb. O vaxt teatrda Leyli rolunu oynamağa qadın aktrisa tapılmayanda Əhməd Ağdamski bu rolu özü oynayıb. “Ordan-burdan” televiziya tamaşasında xalq artistləri Rafael Dadaşov, Yaşar Nuri qadın rolları oynayıb. Burada nə var ki? Aktyora nə rol verirlərsə, onun ürəyinə yatırsa onu da oynamalıdır. Yetər ki, bu onun müvəffəqiyyəti olsun”.

Əli Əsgər
Medianews.az

"Heç kim gəlinlikdə və dikdaban ayaqqabıda Coşqun kimi rəqs edə bilməz – <span style=color:red>FOTO + ÖZƏL"

Chosen
7
1
medianews.az

2Sources