EN

“Milan”dan 30 milyonluq tələb

“Milan”ın futbolçusu Fikayo Tomori “Yuventus”un hədəfinə düşüb.

İdman.biz xəbər verir ki, Turin təmsilçisi 27 yaşlı müdafiəçinin keçidini qışda həll etmək istəyir.

İki klub nümayəndələri 2025-ci il yanvarın 3-də Səudiyyə Ərəbistanında keçiriləcək Superkubok oyunu zamanı bir araya gələcəklər. Fikayo ilə bağlı danışıqlarda orada gerçəkləşəcək.

“Milan” futbolçusu üçün 30 milyon avro tələb edəcək. “Yuventus” müdafiəçini sonradan 15 milyona almaqla icarəyə götürməyi planlaşdırır.

Qeyd edək ki, Tomori cari mövsümdə A seriyasında 9 matça çıxıb.

İdman.biz

Chosen
19
2
idman.biz

3Sources