Ağdamda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
News24.az TNS-ə istinadən xəbər verir ki, rayonun İmamqulubəyli qəsəbəsi ərazisində Ağdam rayon Papravənd kənd sakini Abdullayev Gündüz Şahin oğlu idarə etdiyi "Opel" markalı maşınla hərəkətdə olarkən sərxoş halda yola uzanan bir nəfərin üstündən keçib.
Avtomobilin altında qalan rayon sakini, 1997-ci il təvəllüdlü Zeynalov Hüseyn Mübariz oğlu ölüb.
Həmin gəncin fotosunu təsdim edirik: