EN

İtaliya Suriya ilə bağlı planını açıqlayıb

İtaliya Suriyanın yenidən qurulmasında iştirak etmək istəyir. 

“Cebheinfo.az” “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, İtaliya Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani İtaliyanın Suriyada indiki prosesləri yaxından izləməkdə maraqlı olduğunu bildirib. 

XİN rəhbəri bəyan edib ki, ölkəsi Suriyada sülh və təhlükəsizliyin bərqərar olunmasında iştirak etmək istəyir. 

İtaliyanın ANSA xəbər agentliyinin məlumatına görə, bazar ertəsi Kosovoya səfəri zamanı Tajani 61 illik BAAS rejiminin devrilməsindən sonra Suriyada baş verən hadisələrlə bağlı açıqlama verib. 

"Biz Suriyanın vahid bir ölkə kimi birləşməsində, ölkədə sülh və sabitliyin bərpa olunmasında fəal iştirak etmək istəyirik”,- A.Tajani bildirib. Tajani Suriyaya qarşı sanksiyaların aradan qaldırılması istiqamətində müəyyən tədbirlərin görülməsinin zəruriliyini vurğulayıb. 

Dekabrın 18-də İtaliyanın Baş naziri Giorgia Meloni bəyan edib ki, Suriyaya qarşı sanksiyaların ləğvi Suriyanın yeni hökuməti ilə münasibətlərin qurulmasına təkan verə bilər. 

Qeyd edək ki, dekabrın 8-də Suriyada müxalif silahlı qüvvələr Dəməşqi nəzarətə keçirdikdən sonra 1963-cü ildən hakimiyyətdə olan BAAS rejiminə son qoyuldu. 

Chosen
17
cebheinfo.az

1Sources