Dekabr ayının 22-də saat 03:25-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi Komandanlığının bölmələri və dövlət sərhədinin mühafizəsi tapşırığını yerinə yetirən sərhəd gəmilərinin qarşılıqlı fəaliyyəti nəticəsində külli miqdarda narkotik vasitənin Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb. Bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub ərazi sularında rejim qaydalarını pozan üzmə vasitəsinin axtarışı ilə bağlı sərhəd gəmiləri və sahil nəzarəti bölmələri tərəfindən aparılmış tədbirlər nəticəsində dənizdə 13 (on üç) ədəd şübhəli bağlama müəyyən edilib:
www.anews.az