"Barselona" "Mançester Yunayted"in hücumçusu Markus Reşfordla maraqlanır.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu müqaviləyə cinah oyunçusu Ansu Fati də daxil etməklə ingilislə müqavilə imzalamaq niyyətindədir.
Daha əvvəl mətbuatda “qırmızı şeytanlar”ın qış transfer pəncərəsində Reşfordla ayrılmağa hazır olduğu bildirilirdi.
Bu mövsüm Markus 24 oyun keçirib, 7 qol vurub və 3 məhsuldar ötürmə edib.
Hücumçunun transfer dəyəri 55 milyon avro qiymətləndirilir.