EN

Paşinyan eks-prezidentləri ələ saldı: gedin pensiyanızı alın!

Baş nazir Nikol Paşinyan hesab edir ki, Ermənistan Respublikasının keçmiş prezidentləri onunla uzaqdan debat aparırlar.

Modern.az-ın məlumatına görə, Paşinyan özünün Facebook səhifəsində onun debata çıxmaq təklifindən qaçan eks-prezidentlərə cavab verib.

“Keçmiş prezidentlər deyirlər ki, mənimlə müzakirə edəcəkləri heç nə yoxdur, amma mənimlə 6 ildir ki, uzaqdan, təhlükəsiz məsafədə müzakirə aparırlar”.

“Müzakirə edəcək bir şeyiniz yoxdursa, o zaman təqaüdlərinizə alın və ya məhkəmə iclaslarınıza gedin, nümayəndələriniz, tanışlarınız, dostlarınız, bəzən də xarici tanışlarınızla birlikdə dediyim hər şeyi ciddiyə almayın”.

Paçinyan eks-prezidentlər Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyana məslənhət də verib:

"Əgər siz mənim dediklərimi müzakirə etsəniz, gəlin və arqumentləri xalqın qarşısında üzbəüz təqdim edin və "diplomatik olaraq" tez cavab verməyin, insanların əksəriyyəti hələ də bu dili başa düşmür", - Paşinyan yazıb.

Xatırladırıq ki, ötən gün Paşinyan keçmiş prezidentləri Qarabağ münaqişəsi ilə bağlı danışıqlara dair ictimai debatlara dəvət edib. Keçmiş prezidentlər və ya onların nümayəndələri bu təklifi rədd ediblər.

Chosen
5
1
modern.az

2Sources