EN

“Minimum əmək haqqı qalxmamışdan  əvvəl qiymətlər artır”

 “İqtisadi  tələb qiymət artımını qaçınılmaz edir. Bu artımı dayandırmaq və ya ona ciddi təsir etmək faktiki olaraq mümkün deyil, çünki iqtisadi bazarın öz qanunauyğunluqları var”
 
Bu fikirləri Moderator.az-a iqtisadçı Rauf Qarayev deyib.
 
Onun sözlərin görə,  bazarda sün’i qiymət artımları da müşahidə olunur ki, bu da ümumilikdə iqtisadi şəraitə əlavə təzyiq yaradan amillərdəndir:
 
 “Mövcud vəziyyət o həddə çatıb ki, minimum əmək haqqı qalxmazdan əvvəl qiymətlər artır. Bundan sonra minimum əmək haqqının və pensiyanın artırılması həyata keçirilir. Minimum əmək haqqının artmasına səbəb inflyasiya prosesləridir. Bazardakı qiymət artımlarına etiraz edilirsə, bu etirazlar qismən də olsa nəzərə alınır və Milli Məclisin deputatlarının çıxışlarında da bunları görmək olar.
Bəzi mütəxəssislər minimum əmək haqqının  30-80 manat arası bir artımla daha real ola biləcəyini irəli sürsələr də, inflyasiya prosesləri və bazardakı qiymət artımları 400 manat minimum əmək haqqı tələbinə gətirib çıxarıb. Milli Məclisin deputatı  Əli Məsimli bu mövzuda çıxış edərək BMT qarşısında öhdəliklərimizin çərçivəsində orta əmək haqqının  müəyyən faizi qismində minimum  əmək haqqı olaraq müəyyən edilməsinin vacibliyini vurğulamışdı.  Orta əmək haqqı 1000 manata yaxın olduğundan minimum əmək haqqının 600 manat civarında olması təklifini söyləmişdir. İqtisadi reallıqlar bir anda bu cür artımı mümkün etmədiyindən, 400 manat minimum əmək haqqı olaraq əsas götürüldü. Hazırda ictimai rəy, ekspert müzakirələri və real iqtisadi şərait hökuməti bu istiqamətdə addımlar atmağa məcbur edir. Minimum əmək haqqının 400 manatın üstündə olması, ən azı minimal tələblərin qismən qarşılanması üçün vacibdir”.
 
Mehin Mehmanqızı
 
Chosen
10
moderator.az

1Sources