7NEWS.az xəbər verir ki, Qətərin ilk yüksək səviyyəli nümayəndə heyəti 13 ildən sonra Suriyanın paytaxtı Dəməşqə gəlib. Nümayəndə heyətinə Qətərin Xarici İşlər Naziri Dr. Məhəmməd bin Əbdüləziz bin Saleh əl-Xəlifi başçılıq etdi. Qətər Xarici İşlər Nazirliyindən verilən açıqlamada bu səfərin Qətər və Suriya arasındakı qardaşlıq əlaqələrini gücləndirdiyi bildirilib. Şara görüşdən sonra verdiyi açıqlamada, "Qətər gələcəkdə Suriyada enerji sərmayələri ilə maraqlandığını ifadə etdi" dedi.