EN

Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

Image

Almaniyanın Gürcüstandakı səfiri Piter Fişer Almaniyanın Gürcüstanda 237 milyon avroluq layihələri dayandırmaq qərarına gəldiyini bildirib.

Səfir sosial şəbəkədə yazıb ki, söhbət yaşıl hidrogen, enerji şəbəkəsi və Batumi su infrastrukturunun maliyyələşdirilməsindən gedir.

“Təəssüf ki, Almaniya Gürcüstan hakimiyyəti ilə 237 milyon avroluq layihələri dayandırdı. Bu, Gürcüstanın Avropa İttifaqı yolundan çıxmasına və etirazları bastırmasına reaksiyadır. Enerji şəbəkəsi və Batumi su infrastrukturunun maliyyələşdirilməsini dayandırdıq. Vətəndaş cəmiyyəti və qanunun aliliyinə dəstək qüvvədə qalır”, – Fişer yazıb.

ZÜMRÜD





Chosen
21
baki-xeber.com

1Sources