EN

Türkiyə Suriya ilə PKK-ya qarşı birgə hərbi əməliyyat keçirə bilər - Hürriyət

Kürd yaraqlıları silahı yerə qoymasa, Türkiyə Suriyanın yeni hakimiyyət orqanları ilə ərəb ölkəsinin şimalında Kürdüstan Fəhlə Partiyasının (PKK) qüvvələrinə qarşı birgə hərbi əməliyyat keçirə bilər.

Qaziler.az xəbər verir ki, bu barədə hökumətyönlü “Hürriyet” qəzeti məlumat yayıb.

Türkiyə hakimiyyəti Suriya üçün ölkənin yenidən qurulmasına yönəlmiş yol xəritəsi hazırlayıb. Qəzetin köşə yazarı Əbdülkadir Selvi yazır ki, onların prioritet vəzifəsi PKK-nın və onun yerli qolu olan Xalq Özünümüdafiə Qüvvələrinin tərksilah edilməsi və məhv edilməsidir. “Keçid hökuməti qurulduqdan sonra [Suriya] hakimiyyəti terrorçu qrupları, xüsusilə PKK, YPG-ni silahlarını yerə qoymağa və Suriya nizami ordusuna qoşulmağa çağıracaq. PKK-YPG bu çağırışa mənfi reaksiya verərsə, Suriya ordusu və Türkiyə Silahlı Qüvvələri onları qruplaşmanın nəzarətində olan ərazilərdən çıxarmaq üçün PKK-YPG-yə qarşı birgə hərbi əməliyyatlar keçirəcək”, – köşə yazarı qeyd edib.

QAZİLER.AZ

Chosen
9
qaziler.az

1Sources