EN

Türk dövlətlərinin birgə ordusu yaradıla bilər?

Türk Dövlətləri hər keçən gün bir-birinə daha da yaxınlaşır və birlik dərinləşir. Buna misal kimi ortaq əlifba layihəsini, yeni xəritənin hazırlanmasını göstərmək olar. Bununla yanaşı TDT üzvləri arasında tez-tez hərbi təlimlər də keçirilir. Hərbi sahədə ölkələr arasında  yaxınlaşma var.

Maraqlıdır ki, bundan sonrakı mərhələdə Türk Dövlətləri Təşkilatının ordusu qurula bilərmi?

Məsələ ilə bağlı Modern.az-a danışan Türkiyə ordusunun təqaüddə olan kontr-admiralı, ekspert Cihad Yaycı bildirib ki, Türk Dövlətləri Təşkilatının üzvləri arasında müdafiə, təhlükəsizlik təşkilatının qurulmağı çox vacibdir:

"Bu, əslində, həm hərbi təlim, həm də müdafiə baxımından Silahlı Qüvvələrimizin bir-biriləri ilə birgə işləməsinə imkan yaradacaq. Eyni zamanda bizim təhlükəsizliyimizi artıracaq. Bununla yanaşı, Silahlı Qüvvələrin belə bir işbirliyi regiona, hətta dünyaya sülh və stabillik gətirmək üçün töhfə verəcək. Həqiqətən, bu, olduqca vacibdir. Bu ordularımızın birgə işləməyinə, təlim standartlarının da eyni səviyyədə olmasına səbəb olacaq. Əslində, bu baxımdan çox önəmli Türk Dünyası Ordusu qurulmuş olacaq. Əlbəttə, bu ordunun heç bir ölkəyə təhdid təşkil etməyəcəyi, amma TDT-nin öz təhlükəsiliyini təmin etmək baxımından töhfə verəcəyi dəqiqdir".

Chosen
14
1
modern.az

2Sources