EN

Lənkəranda tanışını qətlə yetirən şəxsə hökm oxundu

Lənkəranda tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəmə prosesi başa çatıb.

ÖlkÉ™.az Milli.Az-a istinadÉ™n xÉ™bÉ™r verir ki, LÉ™nkÉ™ran Ağır CinayÉ™tlÉ™r MÉ™hkÉ™mÉ™sindÉ™ hakim Esmira MÉ™mmÉ™dovanın sÉ™drliyi ilÉ™ keçirilÉ™n prosesdÉ™ hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Bəhruz Məmmədov 10 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Qeyd edək ki, hadisə ötən ilin dekabrında Lənkəran rayonunda baş verib.

Belə ki, 1983-cü il təvəllüdlü Bəhruz Məmmədovun Lənkəran rayonunun Separadi kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə 1974-cü il təvəllüdlü Zülfüqar Cəfərova xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham irəli sürülüb.

Chosen
2
8
olke.az

9Sources