EN

Bələdiyyə üzvlüyünə namizədliyin irəli sürülməsi müddəti başa çatır

Gələn həftə bələdiyyə seçkiləri ilə əlaqədar namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına (DSK) təqdim edilməsi başa çatır.

"Report" xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda öz əksini tapıb.

Seçki Məcəlləsinə əsasən, sənədlər namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edilməlidir.

Bu proses səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18:00-dək başa çatdırılmalıdır.

"Təqvim Planı"nda namizədlərin sənədlərini təqdim etməsi üçün müddət 2024-cü il dekabrın 10-dan dekabrın 30-u saat 18.00-dək müəyyən edilib.

Xatırladaq ki, Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci ilin yanvarın 29-na təyin edilib.

Chosen
4
21
azpolitika.info

10Sources