Parisin Eyfel qülləsi liftin elektrik relsindəki qısaqapanmadan sonra texniki qəza səbəbindən təxliyə edilib.
APA xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.
Məlumata görə, texniki problem qüllənin ikinci mərtəbəsi ilə yuxarı hissəsi arasında baş verib. Yanğın siqnalı işə salındıqdan sonra qüllə boşaldılıb. Eyfel qülləsinin gün ərzində tədricən açılacağı bildirilib.