EN

Debat baş tutarsa, Paşinyan, Sarkisyanla Köçəryanı "ayaqlayar" - TƏHLİL


Keçmiş Prezidentlərin debata gəlməmə səbəbi budur və onlar görüşdə uduzacaqlarını bilirlər
 
Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Artur Xaçatryan deyib ki, Ermənistanın keçmiş prezidentlərinin heç biri Baş nazir Nikol Paşinyanla Qarabağ mövzusunda debat etmək istəmir. Ümid yalnız Azərbaycan Prezidenti İlham Əliyevədir. O qeyd edib ki, yalnız Azərbaycan Prezidenti Paşinyandan açıqlamasına aydınlıq gətirməsini istəyə bilər. Həmçinin vurğulayıb ki,  Baş nazir 1994-cü ildə Ermənistan rəhbərliyinin Qarabağı Azərbaycana qaytarmağa hazır olduğunu deyib. 
Daha sonra isə keçmiş prezidentləri bu məsələdə debata dəvət edib. Lakin heç kim onunla danışmaq istəmir. İndi ümid bircə Azərbaycan Prezidenti İlham Əliyevədir. Sadəcə o Paşinyandan soruşa bilər ki, əgər həqiqətən İrəvan Qarabağı 30 il əvvəl geri qaytarmağı düşünübsə, o zaman niyə 2020-ci ilə qədər həmin ərazi türklərə (Azərbaycana – red.) təslim edilməyib? Belə çıxır ki, bu illər ərzində mövzunun bağlanması üçün Nikol Paşinyanın hakimiyyətə gəlməsi gözlənilib? Qeyd edək ki, Ermənistanın keçmiş prezidentləri Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyanın ofislərindən Nikol Paşinyanın debat təklifinə münasibət bildirilib. Hər üçünün təklifi rədd etdiyi, buna müsbət baxmadığı açıqlanıb.


Politoloq Zeynal Əmrəliyev “Sherg.az”a söyləyib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan keçmiş prezidentlər olan Serj Sarkisyan və Robert Köçəryan debata çağırdı. Lakin keçmiş prezidentlər sözügedən debatdan imtina etdilər:

“Görünən odur ki, Nikol Paşinyan tarix qarşısında özünü təmizə çıxarmaq üçün belə addım atıb. Amma eks-prezidentlər düşünürlər ki, Paşinyanın siyasəti nəticəsində Ermənistan ordusu 44 günlük müharibədə Azərbaycana məğlub olub. Paşinyan erməni xalqına sübut etməyə çalışır ki, Ermənistanın müharibədə uduzmasına səbəb məhz Köçəryan və Sarkisyan cütlüyünün səhvləridir. Həqiqətən də Baş nazir bu məsələdə haqlıdır, çünki keçmiş prezidentlərin korrupsiya faktlarına yol verməsi, Ermənistan ordusunu zəiflətməsi səbəbindən ölkədə xaos hökm sürürdü. Nəticə etibarilə, Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələrinin bir həmləsi ilə darmadağın edildi. Azərbaycan öz ordusunu daha da gücləndirdi, qısa müddət ərzində dünya miqyasında nüfuzlu ordu yaratdı. Ancaq Ermənistan ordusu isə korrupsiya və tapşırıqlar fonunda geriyə düşdü. Nikol Paşinyanın erməni tarixində xalqa çatdırmaq istədiyi bundan ibarətdir. Ermənistan Baş naziri iqtisadi və sosial göstəricilərlə bağlı da baş verən günahları öz sələflərinin üzərinə qoymaq istəyir və buna görə də həmin şəxsləri debata çağırır. Hesab edirəm ki, həmin debat baş tutarsa, Paşinyan qalib tərəf olaraq ayrılacaq. Keçmiş Prezidentlərin debata gəlməmə səbəbi budur və onlar görüşdə uduzacaqlarını bilirlər. Debatdan prezidentlərin yan qaçması gələcək parlament seçkilərində Nikol Paşinyan qalib gəlməsi üçün önəmli faktordur”.
Chosen
4
sherg.az

1Sources