EN

Sahibkarlar “kartdan-karta” ödənişə görə cəzalandırıldılar

İndiyədək645 pərakəndə ticarət və iaşə obyektində POS-terminalların quraşdırılmaması və nağdsız ödənişlərin qəbulundan imtina halları müəyyənləşdirilib.

Teleqraf.com İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, həmin sahibkarlara maliyyə sanksiyaları tətbiq edilib.

Nağdsız vəsaitin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim olunmalıdır.


Müəllif: Teleqraf.com
Chosen
8
teleqraf.com

1Sources