Suriya Xəbər Agentliyinin (SANA) məlumatına görə, rejimi devirən silahlı qrupların komandirləri Suriyada yeni administrasiyanın rəhbəri Əhməd Şara ilə görüşüb.

İndex.az xəbər verir ki, iclasda yeni administrasiya silahlı dəstələrlə özlərini ləğv edib Müdafiə Nazirliyinin çətiri altında birləşməklə razılaşıb.

Noyabrın 27-də “Həyat Təhrir əş-Şam”ın rəhbərliyi ilə rejim qüvvələrinə qarşı başladılan əməliyyatda rejim əleyhinə çoxlu silahlı qruplar iştirak edib.