EN

Naxçıvanda əlilliyi olan şəxslərə avtomobil və səyyar kofe evləri təqdim edilib

Naxçıvan Muxtar respublikasında (MR) əlilliyi müəyyən olunumş şəxslərə avtomobil və səyyar kofe evləri təqdim edilib.

"Report"un yerli bürosunun məlumatına görə, müharibə ilə əlaqədar əlilliyi müəyyən olunmuş və Çernobil AES-də baş verən qəzanın nəticələrinin aradan qaldırılması zamanı xəsarət alan və əlilliyi müəyyən olunmuş 12 nəfərə avtomobil, həmçinin "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulan tədbirlərin icrası məqəsdilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi və hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən olunmuş, eləcə də özünüməşğulluq proqramı üzrə aktivlərlə təmin olunmaq üçün müraciət edən şəxs olmaqla iki nəfərə səyyar kofe evi təqdim edilib.

Dekabrın 24-də avtomobillərin və səyyar kofe evləri onlara təqdim olunub.

Mərasimdə iştirak edən Naxçıvan MR rəhbərliyi təqdim olunan avtomobillərə və səyyar kofe evlərinə baxıb, avtomobil təqdim olunan və məşğulluğu təmin edilən şəxslərlə söhbətləşib.

Chosen
1
7
far.az

8Sources