EN

Afrika qitəsi uğrunda MÜBARİZƏ: Böyük dövlətlərin STRATEJİ PLANLARI

“Böyük dövlətlərin Afrika qitəsi uğrunda mübarizəsi davam edir. Amerika Birləşmiş Ştatları, Fransa, Türkiyə, Rusiya və Çin Afrika ölkələri ilə əməkdaşlığı ildən-ilə genişləndirməyə çalışırlar. Bu dövlətlərin içərisində geridə qalan Fransadır. Baxmayaraq ki, Paris uzun illər Afrikada siyasi və hərbi maraqlarını qorumağa çalışıb. Ancaq son bir neçə ildə Afrika ölkələri ard-arda Fransanın nəzarətindən çıxıblar. Afrika ölkələrində dəyişən hakimiyyətlər Fransanın koloniyası olmaq istəmirlər. Afrikada yaranan boşluğu daha çox Çin doldurmağa çalışır”.

Medianews.az xəbər verir ki, bu barədə Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, Afrika Pekin üçün Çin sərhədlərindən kənarda hərbi və təhlükəsizlik strategiyası baxımından kritik arenaya çevrilib.

Afrika qitəsi uğrunda MÜBARİZƏ: <span style=color:red>Böyük dövlətlərin STRATEJİ PLANLARI

Politoloqun qənaətincə, Çinin Cibutidə hərbi bazasının yaradılması və 53 Afrika ölkəsini əhatə edən Çin-Afrika Əməkdaşlıq Forumunun fəaliyyəti Pekinin strateji hədəflərindən xəbər verir: “Çin Xalq Azadlıq Ordusu Birləşmiş Millətlər Təşkilatının 17 sülhməramlı missiyasını əhatə edən iki minə yaxın əsgəri ilə Afrika sahillərində piratçılığa qarşı mübarizə aparır. Çinin Afrikanın bir sıra ölkəsində, o cümlədən Ekvatorial Qvineya, Anqola və Atlantik sahilindəki Namibiyada əlavə hərbi bazalar yaratmaq barədə planları var. Çin Afrika dövlətləri, o cümlədən onların hərbi liderləri üzərində təsirini gücləndirib, çoxtərəfli forumlar və hərbi təhsil proqramları vasitəsilə bu ölkələrə silah satışını artırıb. Bununla belə, artan bu təsir Afrika ölkələrinin suverenliyinə potensial təhlükə ilə bağlı narahatlıqları artırıb. Afrika ölkələri Fransanın təsirindən qurtulub bir başqa ölkənin təsiri altına düşmək istəmirlər. Çinin ucuz kreditləri Afrika ölkələri üçün qaytarılması böyük yük olan borca çevrilir”.

Afrika qitəsi uğrunda MÜBARİZƏ: <span style=color:red>Böyük dövlətlərin STRATEJİ PLANLARI

E.Şahinoğlu deyib ki, Çin Xalq Respublikasının Afrika ilə təhlükəsizlik və hərbi əməkdaşlığı onun sərmayələrini, “Bir kəmər, bir yol” təşəbbüsü vasitəsilə qurulan infrastrukturunu qorumaqda mühüm amil kimi qiymətləndirilir: “Pekin dəfələrlə Afrika ilə hərbi əməkdaşlığın gücləndirilməsi və təkmilləşdirilməsinin vacibliyini vurğulayıb. Bu əməkdaşlıq sözügedən layihələrin uğur qazanması üçün lazım olan sabitliyi və təhlükəsizliyi qorumaq üçün vacibdir. Beləliklə, Çinin Afrika dövlətləri ilə təhlükəsizlik sahəsində əməkdaşlığı iqtisadi maraqlarını qorumaqla yanaşı, qitədə və onun ətrafında daha geniş geosiyasi məqsədlərinin olduğunu da üzə çıxarıb. Çin qlobal təsirini genişləndirməyi və beynəlxalq təhlükəsizlik nizamını yenidən formalaşdırmağı hədəfləyib. Bu ilin sentyabrın 4-dən 6-dək Pekində keçirilən Çin-Afrika Əməkdaşlıq Forumunda Çin lideri Si Cinpin bu əməkdaşlığın ölkəsi üçün əhəmiyyətli olduğunu bildirib. Si Cinpin Çinin Afrika ilə əməkdaşlığın və buradakı ölkələrə dəstəyin Pekin üçün əsas prioritetlərdən biri olacağını vurğulayıb”.

Afrika qitəsi uğrunda MÜBARİZƏ: <span style=color:red>Böyük dövlətlərin STRATEJİ PLANLARI

Politoloqun sözlərinə görə, Çinin Afrika qitəsində mökhəmlənməsi Pekinin ABŞ ilə qlobal və regional rəqabət strategiyasının bir hissəsidir: “Çin Afrika ölkələrinə müxtəlif növ hərbi texnika, o cümlədən təyyarələr, döyüş sursatları, zirehli maşınlar, artilleriya, dronlar, elektron müşahidə sistemləri, raketlər, radar və raketlər təqdim edib. Bunlar Afrika ölkələrinə münasib qiymətlərə satılıb. Çin hərbi satışlarla yanaşı, Afrika ölkələri ilə zabit hazırlığı proqramlarını da genişləndirib. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutuna görə, Çin 2019-2023-cü illər arasında 21 Afrika ölkəsinə silah ixracı həyata keçirib. İnstitutun hesabatına görə, hazırda Afrika ölkələrinin hər 10 ordusundan yeddisi Çin hərbi texnikasından istifadə edir”.

Nailə QASIMOVA

Chosen
3
3
medianews.az

10Sources