EN

Bələdiyyələr üçün “Türkiyə modeli” - nə vaxt, necə

"Onlara geniş səlahiyyətlər verilməyənə qədər hər hansı bir ciddi bir nəticə gözləmək doğru deyil”

Azərbaycanda 2025-ci il yanvarın 29-na təyin edilən bələdiyyə seçkilərində 15 886 min nəfərin namizədliyi irəli sürülüb. Bu rəqəmi Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun son iclasında açıqlayıb. Bildirib ki, onlardan 6 889 nəfərin imza vərəqələri götürülüb.

2025-ci il yanvarın 29-da 685 bələdiyyə üzrə seçkilər keçiriləcək, 8 min 71 bələdiyyə üzvü seçiləcək. Hazırda partiyalar bələdiyyə seçkilərinə hazırlaşsalar da, etiraf edək ki, bu seçkilərə cəmiyyətdə böyük maraq yoxdur. Müşahidəçilərə görə, səbəb bələdiyyələrin funksionallığının az olmasıdır.

Söhbət ilk növbədə bələdiyyələrin səlahiyyətlərinin artırılmasından gedir. Zaman-zaman ekspertlər təklif ediblər ki, Azərbaycan Türkiyənin bələdiyyə modelinə keçsin.

Beləcə, uzun illərdir ki, bələdiyyələrin səlahiyyətlərinin, statusunun artırılması təklifi gündəmə gətirilir, ancaq reallaşmır. Bundan əlavə, bələdiyyələrin maliyyə resurslarının zəif olması ilə bağlı məsələ də müzakirə predmetidir. Ekspertlərə görə, qanunvericilikdə bununla bağlı imkanlar var, lakin bələdiyyələr bəzən mövcud imkanlardan da düzgün istifadə edə bilmir.

Daha bir məsələ bələdiyyələrin ərazilərində olan vergi obyektlərinin siyahısının olmamasıdır. Bu siyahı dəqiq olsa, oradan lazımi vergilər yığılar və sonradan israfının qarşısı da alınar. Həmçinin qəbiristanlıqların bələdiyyələrə təhvil verilməsinin hələ başa çatmaması da xüsusi vurğulanır. Bunun da səbəbi kimi regionlarda, bir çox kəndlərdə qəbiristanlıqların sənədlərinin, xəritələrinin, pasportlarının olmaması göstərilir.

Bəs bələdiyyə seçkilərində iştiraka hazırlaşan partiyalar necə düşünür? Azərbaycanda “Türkiyə modeli”nə keçidin vaxtı çatıbmı? Bu istiqamətdə qanunverici və digər sahələrdə hansı addımlar atılmalıdır?

Tural Abbaslı

Chosen
22
aznews.az

1Sources