EN

Mussolini qol vurdu İtaliyada aləm bir-birinə dəydi

İtaliyanın B seriyasının son turunda maraqlı bir olay yaşandı.

''Yuve Stabiya''nın öz meydanında ''Çezena''nı 1:0 məğlub etdiyi qarşılaşmada qələbə qolunu Romano Floriani Mussolini vurdu. Məsələ burasındadı ki, 21 yaşlı bu cinah müdafiəçisi İtaliyanın ünlü diktatoru Benito Mussolininin nəticəsidi! Onun qol vurması tribunada fanatların nasist salamı verməsi və uzun müddət onun soyadını bağırması ilə müşahidə olundu.

Bu görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra İtaliyada çox ciddi müzakirələrə səbəb olub. Romanonun anası, yəni Benito Mussolininin nəvəsi olan Alessandra İtaliya və Avropa parlamentinin sabiq üzvüdü. Futbolçu özü ''Latsio''nun yetirməsidi və ''Yuve Stabiya''ya bu mövsümün əvvəlində icarə əsasında gəlib. Əvvəllər o, bir qədər soyadından çəkinirdi və ''Latsio''nun aşağı yaş qruplarındakı komandalarında ''Floriani'' soyadı ilə oynayırdı. ''Mussolini'' soyadını isə qısaca ''M'' hərifi ilə əvəz edirdi. Amma ''Yuve Stabiya''da o artıq formasında Mussolini soyadı ilə oynamaqdan çəkinmir.

''Çezena'' ilə qarşılaşmada bu futbolçu faktiki olaraq peşəkar səviyyədə ilk qolunu vurdu. İtaliyada tarixlə bağlı tədbirlərdən başqa nasist salamı vermək qadağandı. Bu qərarı ölkənin Ali Məhkəməsi qəbul edib. Ona görə də bəzi fanatların cinayət məsuliyyətinə cəlb ediləcəyi istisna edilmir.

Mussolini bu mövsüm 19 oyunda aktivinə 1 qol, 2 məhsuldar ötürmə yazıb.

ƏLİ

Chosen
17
football-plus.az

1Sources