EN

“Sumqayıt”ın şikayəti təmin edilmədi

Şikayətçi “Sumqayıt” Futbol Klubunun apellyasiya şikayəti təmin edilməyib.

Futbolpress.az xəbər verir ki, 01.12.2024-cü il tarixdə AFFA Gənclər Liqasında keçirilən “Sumqayıt” – “Zirə” oyununda “Sumqayıt” komandasının baş məşqçisi Kənan Hacıyev hakimlər otağına daxil olaraq təhqiredici sözlər işlətdiyinə görə onun 5 oyun cəzalandırılması (2024/25 mövsümü üçün təsdiq edilmiş AFFA İntizam Məcəlləsinin 43.4-cü maddəsi) barədə AFFA İntizam Komitəsinin 05 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılıb.
Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah ediləcək və qərarın tam mətni 30 (otuz) gün ərzində hazırlanaraq tərəflərə göndəriləcək.
Chosen
11
1
futbolpress.az

10Sources