EN

Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ: 2025-ci il aprelin 1-dən...

Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ: 2025-ci il aprelin 1-dən...

Rusiyada miqrant uşaqlarının məktəbə qəbulu üçün rus dili biliklərinin yoxlanılması 2025-ci il aprelin 1-dən başlayacaq.

Qlobal.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Baş nazirinin müavini Dmitri Çernışenko "RIA Novosti"yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, "Rosobnadzor" (Təhsil və Elm sahəsində Federal Nəzarət Xidməti) artıq metodik materialların, test sistemlərinin və qiymətləndirmə meyarlarının hazırlanmasını başa çatdırır.

"Artıq gələn il aprelin 1-dən bu iş ölkəmizin bütün təhsil müəssisələrində sistemli şəkildə inkişaf edəcək", - deyə hökumətin sədr müavini bildirib.

Çernışenko əlavə edib ki, hər il Rusiya məktəblərinə təxminən 155 min miqrant uşağı qəbul olunur.

Xatırladaq ki, Rusiya hökuməti dekabrın 9-da rus dilini zəif bilən əcnəbi vətəndaşların uşaqlarının məktəbə qəbulunun qadağan edilməsi haqqında qanun layihəsini dəstəkləyib. Üç gün sonra müvafiq qanun Dövlət Dumasında qəbul edilib. Dekabrın 19-da birbaşa efirdə Prezident Vladimir Putin də yeni qanunu dəstəkləyib.

Qanun layihəsinə əsasən, rus dili üzrə test imtahanından uğurla keçə bilməyən uşaqlar təhsilə buraxılmayacaqlar. Bu cür imtahanın keçirilməsi qaydalarını ölkənin Maarif Nazirliyi müəyyən etməlidir. Nazirlik qeyd edib ki, test pulsuz keçiriləcək.

Chosen
5
5
qlobal.net

6Sources