Azərbaycanda 8 tələbə xəstəxanaya yerləşdirildi
Tovuzda Peşə Təhsil məkrəzində kütləvi zəhərlənmə olub.
Qlobal.net "Unikal"a istinadla bildirir ki, hadisə rayonda yerləşən Tovuz Peşə Təhsil mərkəzində qeydə alınıb. Belə ki, təhsil mərkəzinin 8 nəfər tələbəsi zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.Tələbələrə yardım göstərilib.
İlkin ehtimala görə, tələbələr tortdan zəhərlənib.
Faktla bağlı araşdırma aparılır.