Bakının Nizami rayonu Qara Qarayev prospekti yaxınlığında iki küçəni çirkab suyu basıb, ətrafa üfunət qoxusu yayılıb.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Pravda.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə kanalizasiya sisteminin tutulması nəticəsində baş verib.
“Axıntının qarşısı alınıb. Əraziyə texnika çağırılıb, tez bir zamanda məsələ həllini tapacaq”.