EN

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Prezident İlham Əliyevi təbrik edib

Bakı. Trend:

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri JelkaTsviyanoviç Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Trend xəbər verir ki, təbrikməktubunda deyilir:

"Zati-aliləri, hörmətli Prezident.

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və ən xoşarzularımı çatdırmaqdan şərəf duyuram.

Müdrik rəhbər kimi Azərbaycanın tərəqqisinə və çiçəklənməsinəsadiqliyiniz həm ölkə daxilində, həm də xaricdə Sizə hörmətqazandırmışdır. Sizin uzaqgörən rəhbərliyinizlə Azərbaycan iqtisadiinkişafın təşviqində, beynəlxalq tərəfdaşlıq əlaqələrininmöhkəmləndirilməsində və xalqınızın zəngin mədəni irsinin qorunubsaxlanılmasında mühüm nailiyyətlər əldə etmişdir.

Xalqınızın rifahı naminə nümayiş etdirdiyiniz fədakarlıq vəAzərbaycanın davamlı inkişafı yolunda göstərdiyiniz səylər çoxlarıüçün ilham mənbəyidir. Bu əlamətdar gündə Sizin nailiyyətlərinizləyanaşı, sülh, həmrəylik və tərəqqi dəyərlərinə böyük önəmverməyinizi də xüsusi qeyd etmək istəyirəm.

Yeni ildə Sizə davamlı uğurlar, cansağlığı və xoşbəxtlikarzulayıram. Azərbaycanı daha parlaq gələcəyə aparmaq istiqamətindəfəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm.

Zati-aliləri, Sizi doğum gününüz münasibətilə bir daha təbrikedirəm".

Chosen
15
14
az.trend.az

10Sources