Bakı. Trend:
Dekabrın 24-də Azərbaycan Milli Xalça Muzeyində “Azərbaycanxalçasının ehtişamı. Səfəvi dövrü xəzinəsi” sərgisi açılacaq.
Trend xəbər verir ki, sərgidəABŞ vətəndaşı Əmir Oskoueinin kolleksiyasından XVII-XVIII əsrlərəaid 14 unikal xalça və bədii tikmə nümayiş olunacaq. Sənət əsərlərisırasında dünyaca məşhur “Əfşan”, “Qoca”, “Xətai” (“Əjdahalı”)kompozisiyalı saray xalıları xüsusi yer alacaq.
Səfəvilər hakimiyyəti zamanı Azərbaycanda orijinal bədiiquruluşa malik bu cür nəfis xalıların istehsalı genişlənir,xalçaçılıq sənəti öz çiçəklənmə dövrünü yaşayırdı. Həmin vaxtŞirvan, Qarabağ, Bakı, Quba kimi toxuculuq mərkəzlərində hazırlananxalçaların ölçüləri böyüyürdü. Xalq sənətkarlarının yaratdığınümunələrdə Təbriz xalılarını bəzəyən islimi, xətai, bulud, əjdaha,simurq, həyat ağacı kimi təsvir və elementlər qismən dəyişdirilərəkəks olunurdu.
XVI əsrdə Səfəvi saray emalatxanalarında xalılarla yanaşı,dövrün dəyərli dekorativ-tətbiqi sənət nümunələrindən hesab edilənbədii tikmələr də hazırlanırdı. XVII-XVIII əsrlərdə Azərbaycanınayrı-ayrı istehsal məntəqələrində həmin tikmələrdən bəhrələnərəkyeniləri yaradılırdı.
Azərbaycanda istehsal edilən unikal xalçalar keyfiyyətinə vəbədii xüsusiyyətlərinə görə dünyada daim yüksək dəyərləndirilib.Qərbin yüksək zövqlü əsilzadələri əsrlər boyu bu əsrarəngizxalçaları toplayır, onlarla sarayları, malikanələri, dini abidələribəzəyirdilər. Dünyanın bir çox məşhur muzeylərində və şəxsikolleksiyalarda qorunan Azərbaycan dekorativ-tətbiqi sənətnümunələrinə bu gün də böyük maraq göstərilir. Bunu nəzərə alaraq,təşkil olunan “Azərbaycan xalçasının ehtişamı. Səfəvi dövrüxəzinəsi” sərgisində yer alan nadir eksponatlar barədə sensor ekranvasitəsilə Azərbaycan və ingilis dillərində ətraflı məlumat əldəetmək mümkün olacaq.
Layihə çərçivəsində Təbriz miniatürlərindəki saray xalılarıhaqqında süni intellekt vasitəsilə hazırlanmış videoçarx dagöstəriləcək. Burada XVI-XVII əsrlərə aid Səfəvi dövrü sarayxalçalarının yaradılması prosesi müasir texnologiya və tarixisənətkarlığın vəhdətində təqdim ediləcək.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, AzərbaycanMilli Xalça Muzeyi, “Amir Textiles and Rugs” (Oskouei MMC)təşkilatçılığı, bp Azərbaycanın baş sponsorluğu, ABŞ-AzərbaycanTicarət Palatası və “Silk Way West Airlines” şirkətinin dəstəyi iləbaş tutan sərgi 2025-ci il mayın 10-dək davam edəcək.