Azərbaycanın "Şamaxı" futbol klubu heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.
Sitat.info Azerisport.com-a istinadən xəbər verir ki, "astronomlar" son 6 aydır Estoniyanın "Nomme Yunayted" klubunda icarə əsasında çıxış edən yarımmüdafiəçi Murad Vəliyevi yaxın vaxtlarda heyətlərinə qatacaqlar.
Qeyd edək ki, Vəliyevin "Şamaxı" ilə 1.5 illik müqavilə imzalayacağı gözlənilir.