EN

Nağdsız hesablaşmalar haqqında qanuna dəyişiklik edilib

Bakı. Trend:

Prezident İlham Əliyev “Nağdsız hesablaşmalar haqqında”Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqındaQanun imzalayıb.

Trend xəbər verir ki, Qanunaəsasən, “otuz min manatdan” sözləri “əvvəlki təqvim ayında təqdimedilən mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2faizindən” sözləri ilə əvəz edilsin və həmin maddəyə aşağıdakıməzmunda ikinci cümlə əlavə edilir:

“Bu maddənin birinci cümləsində nəzərdə tutulan halda əvvəlkitəqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin(ƏDV daxil olmaqla) 2 faizi otuz min manatdan az olduqda, təqvimayı ərzində ümumi məbləği otuz min manatdan artıq olanhesablaşmalar üzrə, əvvəlki təqvim ayında təqdim edilən mal, iş vəxidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2 faizi əlli minmanatdan çox olduqda isə təqvim ayı ərzində ümumi məbləği əlli minmanatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsızqaydada həyata keçirilməlidir.”.

Bu Qanun 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.

Chosen
3
34
az.trend.az

3Sources