EN

"The Washington Post": "Bayden Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ Prezidenti Co Bayden yanvarın 20-dək Rusiyanın enerji sektoruna qarşı yeni sanksiyalar tətbiq edə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə "The Washington Post" nəşri mənbələrə istinadən məlumat yayıb.
Nəşrin iddiasına görə, bu addım Ukraynadakı münaqişənin həlli ilə bağlı Rusiya ilə mümkün danışıqlar aparılacağı təqdirdə, yeni seçilmiş Prezident Donald Trampın administrasiyasına "daha çox təsir rıçaqları" təmin etmək məqsədi daşıyır.
Mənbələrin məlumatına əsasən, sanksiyalar Rusiya neftini daşıyan xarici gəmiləri və Rusiya neft ixracatçılarını hədəf alacaq.
Qeyd edək ki, dekabrın 20-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ölkənin neft ticarəti ilə bağlı yeni sanksiyaların təsirlərini minimuma endirmək üçün lazımi tədbirlərin görüləcəyini açıqlayıb. O, həmçinin ABŞ-nin hazırkı administrasiyasının özündən sonra Rusiya ilə gərgin münasibətləri əks etdirən "çətin miras" qoymağa çalışdığını bildirib.
Chosen
20
50
oxu.az

10Sources