Suriyada yeni administrasiya Baas rejimini devirən silahlı qruplarla Müdafiə Nazirliyinin çətiri altında birləşmək üçün razılığa gəlib.Suriya Xəbər Agentliyinin (SANA) məlumatına görə, rejimi devirən silahlı qruplar Suriyada yeni administrasiyanın rəhbəri Əhməd Şara ilə görüşüb.İclasda yeni administrasiya silahlı dəstələrlə özlərini ləğv edib Müdafiə Nazirliyinin çətiri altında birləşmək barədə razılaşıb.Qeyd edək ki, noyabrın 27-də “Həyat Təhrir əş-Şam”ın rəhbərliyi ilə rejim qüvvələrinə qarşı başladılan əməliyyatda rejim əleyhinə çoxlu silahlı qruplar iştirak edib.