EN

Elektrik enerjisi istehsalı üçün avadanlıqların idxalı gömrük rüsumlarından azad olunub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsalında istifadə olunan texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı gömrük rüsumlarından azad edilib.
Oxu.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Gömrük tarifi haqqında" qanuna dəyişiklikdə əksini tapıb.
Sənəddə qeyd olunur ki, dövlətin satınalma öhdəliyi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən məbləğdən aşağı olmayan elektrik enerjisi istehsalı layihələri üzrə istehsalçı olan fərdi sahibkarlar və hüquqi şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" qanuna uyğun olaraq bağlanılmış elektrik enerjisinin satınalma müqaviləsi ilə müəyyən olunan müddətə, lakin 30 ildən (tikinti dövrü də daxil olmaqla) çox olmayaraq gömrük rüsumlarından azad edilib.
Qanun 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.
Chosen
8
2
oxu.az

10Sources