“Transfermarkt" portalı Türkiyə Superliqasında çıxış edən ən dəyərli futbolçuların adlarını açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, "Qalatasaray"ın hücumçusu Viktor Osimhen 1-ci yeri tutub.
Onun dəyəri 75 milyon avro qiymətləndirilir. İkinci yeri yenə "sarı-qırmızılar"ın oyunçusu Qabriel Sara tutur. Bununla belə, onun dəyəri cəmi 23 milyon olaraq qiymətləndirilir. Eyni qiymət ilə üçüncü və dördüncü yerləri başqa bir İstanbul təmsilçisi "Fənərbağça"sının iki futbolçusu Yussef En-Nesyri və Sofyan Amrabat tutub. Onların hər biri 22 milyon avro dəyərində qiymətləndirilir.