Parisdə Eyfel qülləsində yanğın olub. 1,2 minə yaxın ziyarətçi təcili olaraq təxliyə edilib.
BFMTV xəbər verir ki, qüllənin idarəedici şirkətinin məlumatına görə, yanğına səbəb ikinci və üçüncü mərtəbələr arasında liftin elektrik xəttində baş verən qısaqapanma olub. Hazırda hadisənin səbəbləri araşdırılır. Yanğın yerli vaxtla təxminən 10:30-da baş verib.
Dərhal hadisə yerinə yanğınsöndürənlər gəlib. İdarəetmə şirkəti qeyd edir ki, ziyarətçilərdən heç biri xəsarət almayıb.
Qüllə bu gün, dekabrın 24-də yenidən ziyarətçilərin üzünə açıq olacaq, lakin məhdud dərəcədə – yalnız ikinci mərtəbəyə qədər. Qalan mərtəbələrə keçid daha sonra açılacaq.
//Samir Qurbanov, Editor.az