“Qalatasaray”ın oyunçusu Hakim Ziyeşin meneceri Corc Qardi yarımmüdafiəçisinin gələcəyi ilə bağlı fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, təcrübəli futbol agenti Ziyeşin Rusiya Premyer Liqasına keçidi barəsində sualı cavablandırıb. Menecerin bu mövzuya reaksiyası belə olub:
“Hakim Rusiyada oynamağa getməyəcək”.
Qeyd edək ki, mərakeşli futbolçu daha əvvəl qış transfer pəncərəsində İstanbul klubundan ayrılmaq istədiyini bildirmişdi.