EN

Bəzi mallar gömrük rüsumundan AZAD EDİLDİ

Dövlət-özəl tərəfdaşlığı layihələri çərçivəsində texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı gömrük rüsumlarından azad edilib.

KONKRET.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Gömrük tarifi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Sənəddə qeyd olunur ki, dövlət-özəl tərəfdaşlığı layihələri çərçivəsində özəl tərəfdaş olan fərdi sahibkarlar və hüquqi şəxslər tərəfindən “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanuna uyğun olaraq müəyyən edilmiş dövlət tərəfdaşının təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanılmış dövlət-özəl tərəfdaşlığı müqaviləsi ilə müəyyən olunan müddətə, lakin 30 ildən (tikinti dövrü də daxil olmaqla) çox olmayaraq gömrük rüsumlarından azad edilib.

Qanun 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Chosen
5
48
konkret.az

10Sources