EN

DİQQƏT: Yumurta alarkən bu xətaları Etməyin

Marketlərdə yumurta alarkən insanların əksəriyyəti öz seçimlərinə uyğun meyarlara diqqət yetirir: bəziləri xüsusi markalara üstünlük verir, digərləri isə ağ və ya qəhvəyi qabıqlı yumurtaları seçir. Lakin ən çox rast gəlinən yanaşma iri ölçülü yumurtaların daha keyfiyyətli və yaxşı olduğunu düşünməkdir. Ancaq bu yanaşma yumurta seçimində ciddi bir yanlışlığa səbəb ola bilər.

İri Yumurta Həmişə Keyfiyyətli Deyil

Araşdırmalara görə, iri ölçülü yumurtalar, adətən, yaşlı toyuqlardan əldə edilir. Bu toyuqların çoxu hormonal əlavələrdən istifadə edilərək yetişdirilir. Nəticədə, onların məhsulları təbii keyfiyyət baxımından daha zəif olur.

Mütəxəssislərin fikrincə, daha kiçik ölçülü yumurtalar (C2 və ya C3 kateqoriyası) daha keyfiyyətlidir. Bu yumurtalar gənc, hormonal əlavələrdən az təsirlənmiş toyuqlardan alınır. Ən yüksək keyfiyyətə malik məhsullar arasında isə ekoloji cəhətdən təmiz kənd yumurtaları (D2 və D3) xüsusi yer tutur. Lakin bu cür yumurtaları supermarketlərdə tapmaq çətindir; onların satışı əsasən fermer təsərrüfatlarında həyata keçirilir.

Yumurta alarkən ölçüyə deyil, mənşəyə və keyfiyyətə diqqət etmək vacibdir. Kənd yumurtalarını seçərək həm daha sağlam məhsul əldə etmək, həm də yerli fermerlərə dəstək vermək mümkündür.

Vüsal Orucov

Chosen
17
bakuinfo.net

1Sources