Fransanın paytaxtı Parisdə Eyfel qülləsinin ziyarətçiləri ikinci və üçüncü mərtəbələr arasındakı liftdə yaranan texniki nasazlıqlara görə təxliyə edilib. Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə "Le Figaro" məlumat yayıb. Nəşrin məlumatına görə, yanğın siqnalı qısaqapanma səbəbindən işə düşüb. Təhlükəsizlik tədbirlərinə uyğun olaraq təxliyə həyata keçirilib. Hadisənin səbəbləri araşdırılır.